AZ

Kloppa vəzifə verildi: Bu 5 kluba cavabdeh olacaq

"Liverpul"un sabiq baş məşqçisi Yurgen Klopp özünə iş tapıb.

Publika.az "Sky Sports"a istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis "Red Bull"un idman klubunda futbol departamentinin rəhbəri olacaq.

Klopp brendə məxsus "Leypsiq", "Zalsburq", "Nyu-York Red Bulls" klublarının, həmçinin Braziliya və Yaponiyadakı iki komandanın inkişaf strategiyasına cavabdeh olacaq. Artıq Kloppla uzunmüddətli müqavilənin bağlandığı qeyd edilir.

O, vəzifəsinin icrasına 2025-ci il yanvarın 1-dən başlayacaq və Almaniya millisinin baş məşqçisi postuna dəvət ediləcəyi təqdirdə müqaviləni pozmaq opsiyasına malik olacaq.

Seçilən
10
publika.az

1Mənbələr