AZ

ABŞ Prezidentinin baş müşaviri Azərbaycana gəldi

ABŞ Prezidenti Cozef Baydenin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta Azərbaycanda səfərdədir.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin Feysbuk səhifəsindəki paylaşımına istinadən xəbər verir.

“Mən COP-dan (PreCOP) əvvəl görüşlər keçirmək və iki ölkə arasında ən mühüm iqlim məsələlərində əməkdaşlığı gücləndirmək üçün Azərbaycana gəlmiş ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podestanı ürəkdən salamlayıram”, - paylaşımda ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin sözləri sitat gətirilir.


Müəllif: Teleqraf.com
Seçilən
9
20
teleqraf.com

10Mənbələr