Birləşmiş Təyyarə Korporasiyası yeni Su-34 cəbhə bombardmançılarının növbəti partiyasını Rusiya Aerokosmik Qüvvələrinə təhvil verib.
Herbiand.az bildirir ki, bu barədə Korporasiyanın daxil olduğu “Rostex”-in mətbuat xidməti məlumat yayıb.
Dövlət korporasiyasından bildirilib ki, təyyarələr 2024-cü il istehsal proqramı çərçivəsində hazırlanıb. Bombardmançı təyyarələr qoşunlara təhvil verilməzdən əvvəl yer və uçuş sınaqlarından keçib.
Su-34 bombardmançı təyyarənin maksimum uçuş çəkisi 45 tondur və sürəti 1900 km/saat-a çatır. Döyüş istifadə radiusu 2000 km-dən çox ola bilər. Təyyarənin döyüş yükü 8 tona qədərdir.
Bəxtiyar CƏFƏRLİ