AZ

Tanınmış aviaşirkətdə daha bir qalmaqal - Yoxlamalara başlandı

Tanınmış \"Boeing\" aviaşirkəti işçiləriylə problem yaşayır.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, şirkət əvvəlcə işçiləriylə danışıqlar aparıb, lakin bu dəfə dayandırıb və təklifini geri götürüb.

Məlumata görə, danışıqların iflasa uğradığı və tərəflərin tezliklə heç bir kompromis əldə etmək əlamətinin olmadığını bildirilib.
  
Daha bir diqqətçəkən məqam isə ölkə prokururorluğunun aviaşirkətin ofislərində yoxlama aparması olub.
 
Belə ki, Brindisi mərkəzli aviasiya şirkətlərinin Leonardo-Aerostrutture-a 787 Dreamliner-in istehsalı üçün uyğun olmayan komponentləri, xüsusən də sektor 44 və 46-nı təmin etdiyi müəyyən edilib. Uyğun olmayan komponentlər aşkar edilib və saxlanılıb.
 
Prokurorluğun göstərişi ilə 6 minə yaxın təyyarənin hissələri tədqiqat üçün götürülüb.
 
Qeyd edək ki, dünyanın bir çox aparıcı aviaşirkətləri uzun məsafəli uçuşlarda \"Boeing 787 Dreamliner\" təyyarələrindən istifadə edirlər.
 
Mikayıl
Seçilən
37
azxeber.com

1Mənbələr