AZ

Azərbaycanlı iş adamı belə güllələndi - VİDEO

Türkiyənin Bursa şəhərinin Gürsü bölgəsində azərbaycanlı iş adamı güllələnib.

Hurriyyet.az Modern.az-a istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl baş verib.

Motosikletdə olan 2 şübhəli şəxs adı açıqlanmayan azərbaycanlı iş adamının olduğu çayxanaya gələrək onun ayağına 3 dəfə atəş açıblar. 

Xəstəxanaya çatdırılan iş adamı polisə bir müddətdir telefonda tanımadığı şəxslər tərəfindən təhdid edildiyini və ondan külli miqdarda pul tələb olunduğunu bildirib.

Bunun ardınca Bursanın Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi 300-dən çox təhlükəsizlik kamerası görüntülərini izləyərək şübhəli şəxslərin axtarışı ilə məşğul olub. Axtarış nəticəsində 17 yaşlı M.M.Ç. və 18 yaşlı B.A. hadisəni törətdikləri silahla birgə saxlanılıb.  Həmin şəxslərin “Daltonlar” olaraq tanınan dəstə üzvləri olması müəyyən edilib. Bunun ardınca Bursa, Muğla, İstanbul və Hatayda sözügedən dəstə üzvlərinə qarşı əməliyyat keçirilib və 8 nəfər saxlanılıb. Məsələ ilə bağlı araşdırma davam etdirilir. 

“Daltonlar” adlı dəstə Türkiyədə varlı iş adamlarını ölümlə hədələyib əmlaklarını mənimsəməklə məşğuldur.

 

Seçilən
10
22
hurriyyet.az

10Mənbələr