İspaniyanın “Las Palmas” klubunun yeni baş məşqçisi məlum olub.
QOL.az La Liqa təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Dieqo Martineslə 2025-ci ilin yayına qədər müqavilə imzalanıb.
Martines bu vəzifədə ötən gün istefaya göndərilən Luis Karrionu əvəzləyib. Onun son iş yeri 2023-cü ilin iyulundan dekabrına kimi rəhbərlik etdiyi “Olimpiakos” (Yunanıstan) olub.
Qeyd edək ki, “Las Palmas” La Liqada 9 turdan sonra 3 xalla sonuncu - 20-ci pillədə qərarlaşıb.