AZ

Türkiyədə azərbaycanlı iş adamı güllələndi – FOTO

Türkiyənin Bursa şəhərində azərbaycanlı iş adamı güllələnib.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə sentyabrın 25-də Gürsu rayonunda yerləşən çayxanada baş verib.

Məlumata görə, silahlı insidenti təşkil edən "Daltonlar" cinayət təşkilatının üzvləri olub. 10 şübhəlidən 9-u həbs edilib. Hücum anı təhlükəsizlik kamerasına düşüb.

Belə ki, dəbilqəli şəxs içəri girərək dostu ilə masa arxasında oturan azərbaycanlı iş adamına atəş açıb. İş adamı ayağından güllə yarası alıb. Bundan sonra cinayətkar kənarda motosikletdə onu gözləyən şəxslə hadisə yerindən uzaqlaşıb.

Yaralı təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. Azərbaycanlı iş adamı xəstəxanada polisə ifadəsində bir müddətdir özlərini “Dalton” kimi təqdim edən cinayətkar təşkilat tərəfindən hədələndiyini və ondan hədə-qorxu ilə pul tələb etdiklərini bildirib.

Bursa Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi araşdırma aparıb və hadisəni törədən şübhəlilər müəyyən edilib. Onların ”Daltonlar” adlı cinayət təşkilatına üzv olduqları, İtaliya və Gürcüstandakı şəbəkə liderlərindən aldıqları təlimatla iş adamlarını təhdid edərək əmlaklarını ələ keçirdikləri məlum olub.










Bizim.Media

Seçilən
19
1
bizim.media

2Mənbələr