AZ

Şengen zonasına gedəcəklər, diqqət: Qısa müddətdə qüvvəyə minəcək, ekspertlər xəbərdarlıq etdi

Aİ ölkələrinin sərhəd təhlükəsizliyini artırmaq və qeyri-qanuni immiqrasiyanın qarşısını almaq üçün tətbiq etdiyi Elektron Giriş/Çıxış Sistemi (EES) 10 Noyabr 2024-cü il tarixindən etibarən tətbiq ediləcək. Elektron Giriş/Çıxış Sistemi nədir? Elektron Giriş/Çıxış Sistemi ilə nə dəyişəcək? İmmiqrasiya siyasəti üzrə ekspertlər xəbərdarlıq ediblər: “Hazır olun”.

Turkustan.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) ölkələri tərəfindən sərhəd təhlükəsizliyinin artırılması və qeyri-qanuni immiqrasiyanın qarşısının alınması məqsədilə tətbiq edilən Elektron Giriş/Çıxış Sistemi (EES) 10 noyabr 2024-cü il tarixindən etibarən qüvvəyə minəcək.

Yeni sistem Aİ üzvü olmayan ölkələrdən Şengen zonasına səyahət edən insanların giriş-çıxışını rəqəmsal şəkildə qeyd edəcək və sərhəd idarəçiliyini modernləşdirəcək.

EES Şengen zonasının 27 ölkəsində, həmçinin Bolqarıstan və Rumıniyada etibarlı olacaq. Bu sistemlə artıq Şengen vizası olan Türkiyə vətəndaşları da daxil olmaqla, Avropa İttifaqına daxil olmayan bütün vətəndaşların sərhəd keçidləri elektron qaydada qeydə alınacaq.

Pasport möhürlərini əvəz edəcək sistem insanların giriş-çıxışı zamanı biometrik məlumatlarını, yəni üz şəklini və dörd barmaq izini toplayacaq.

Yeni sistemin əsas məqsədləri Aİ sərhədlərinin təhlükəsizliyini artırmaq, qeyri-qanuni immiqrasiyanın qarşısını almaq və Aİ üzvü olmayan ölkələrdən gələn insanların yaşayış müddətinə nəzarət etməkdir. Şəxsi məlumatlar EES ilə rəqəmsal şəkildə qeydə alınacağından, sərhəd idarəçiliyi daha şəffaf və səmərəli olacaq.

Rəqəmsal qeydlər sərhəd keçidlərini daha sürətli və təhlükəsiz edə bilər. Bununla belə, sistem tətbiq olunduqdan sonra sərhəd qapılarında biometrik məlumatların toplanması proseslərinin effektiv və səmərəli idarə olunması mühüm əhəmiyyət kəsb edəcək.

“Bundan əlavə, sərhəd keçidlərində baş verə biləcək uzun gözləmə müddətləri və texnoloji pozulmalar kimi mümkün problemlərə hazır olmaq lazımdır”.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Seçilən
16
turkustan.az

1Mənbələr