AZ

Türkiyənin Türkmənistana dəri məhsulları ixracı azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar – sentyabr aylarında Türkiyənin Türkmənistana dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 25,6 faiz azalaraq, 3,4 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin sentyabr ayında Türkiyə Türkmənistana 356,6 min dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 20,5 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 21,3 faiz azalaraq, 1 milyard 167 milyon dollara bərabər olub.

“Bu ilin sentyabr ayında Türkiyə 132 milyon dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 16,7 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2023-sentyabr 2024) Türkiyə 1 milyard 541 milyon dollar məbləğində dəri məhsulları ixrac edib.

Seçilən
17
39
turkic.world

10Mənbələr