AZ

Yurgen Klopp yeni vəzifəyə təyin edildi

Məşhur alman mütəxəssis Yurgen Klopp “Red Bull”da futbol əməliyyatlarının rəhbəri vəzifəsinə rəsmən təsdiqlənib.

Arena.az məlumat verir ki, daha əvvəl, alman mütəxəssisin 2025-ci il yanvarın 1-dən “Red Bull” sistemində işə başlayacağı məlum olmuşdu.

Klopp “Leypsiq”, “Zalsburq”, “Nyu-York” klublarının, həmçinin Braziliya və Yaponiyadakı iki komandanın inkişaf strategiyasına cavabdeh olacaq. Onunla uzunmüddətli müqavilə bağlandığı qeyd edilir. Klopun Almaniya millisinin baş məşqçisi postuna dəvət ediləcəyi təqdirdə müqaviləni pozmaq hüququna malik olacaq.

Xatırladaq ki, Yurgen ötən mövsümün bitməsi ilə uzun illər çalışdırdığı “Liverpul”un sükanı arxasından ayrılmışdı. Alman mütəxəssisin özünün də etiraf etdiyi kimi, yaxın il ərzində istənilən futbol fəaliyyətinə fasilə verməyi planlaşdırıb. O, asudə vaxtını şəxsi və ailə qayğılarına həsr etməyi nəzərdə tutub.

Klopp həmçinin müvafiq təyinatını şərh edib: “Mən ixtiyarımızda olan inanılmaz futbol istedadlarını inkişaf etdirmək, təkmilləşdirmək və dəstəkləmək istəyirəm”, “Red Bull”un mətbuat xidməti klubun “X” sosial şəbəkə hesabı üzərindən Klopdan sitat gətirir.

Xatırladaq ki, bir müddət əvvəl Klopp “Almaniya Federativ Respublikasına xidmətlərinə görə” ordeni ilə təltif edilmişdi.

Yurgen Klopp “Liverpul”dan öncə Dortmund “Borussiya”sında və “Maynts”da, həmçinin “Ayntraxt”ın gənclərdən ibarət komandasında baş məşqçi olub.

Seçilən
16
arena.az

1Mənbələr