AZ

BDU tələbələri üçün “Erkən nikahın fəsadları” mövzusunda sessiya

“BDU könüllüləri” təşkilatının Sosial elmlər və psixologiya fakültəsi üzrə üzvlərinin  təşkilatçılığı ilə “Erkən nikahın fəsadları" mövzusunda məlumatlandırma sessiyası keçirilib.

Sessiya zamanı bildirilib ki, erkən nikahlar müasir dövrün ən aktual sosial problemlərindəndir. Qanunvericiliyə əsasən, 18 yaşdan əvvəl həyata keçirilən evliliklər erkən evlilik hesab olunur və qanun pozuntusu sayılır. Digər tərəfdən də erkən yaşda uşaqlar ailə qurmağa fizioloji, psixoloji cəhətdən hazır olmurlar. Erkən nikahlar sonradan onların həyatında böyük fəsadlar yaradır. Bu fəsadlar məişət zorakılığından tutmuş, doğuş zamanı ana-uşaq ölümləri, fiziki-psixoloji çətinliklərə kimi bir çox problemlərə yol açır. Sessiyada Ailə Məcəlləsi, Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsində erkən nikahların qarşısını almağa yönəlik dəyişikliklər, ondan irəli gələn məsələlər izah olunub.

Tədbir maarifləndirmə xarakterli qısametrajlı filmin nümayişi ilə başa çatıb.

Seçilən
10
1
tehsil.biz

2Mənbələr