AZ

Sumqayıt İcra Hakimiyyəti nizamnamə kapitalı 10 manat olan şirkətə 7 milyonluq tender verdi

Sumqayıt Şəhər İcra Hakimiyyəti "Az-Tex-İmport" şirkətindən 6 930 000 manatlıq xüsusi təyinatlı texnika və konteynerlər alacaq.

Publika.az Qaynarinfo-ya istinadən xəbər verir ki, şirkət icra hakimiyyətinin bununla bağlı keçirdiyi tenderin qalibi seçilib.

"Az-Tex-İmport" şirkəti 19 iyul 2017-ci ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 2020-ci ilə qədər 10 manat təşkil edib. Həmin il nizamnamə kapitalı 22600 manat artılaraq 22 610 manat çatdırlıb. Lakin bir neçə ay sonra bu məbləğ yenidən 10 manata düşüb. 2022-ci ildə isə şirkət yenidən nizamnamə kapitalını artıraraq 22 610 manata çatdırıb.

Hüqüqi ünvanı Bakı şəhəri Xətai rayonu, Telnov küçəsi, ev 2347/48 mənzil 290-da yerləşir. Şirkətin qanuni təmsilçisi İbadullayev Samir Sahib oğludur. Ondan əvvəl şirkəti Samir İbadullayevin qardaşı İlkin İbadullayev təmsil edib.

"Az-Tex-İmport" MMC həm də Sumqayıt Texnologiyalar Parkının rezident şirkətidir. Açıq mənbələrdə şirkət və qanuni təmsilçiləri haqqında heç bir məlumata rast gəlinmir.

Seçilən
9
10
publika.az

10Mənbələr