AZ

"Tost" maliyyə piramidasının təşkilatçısı saxlanılıb

Azərbaycan Din ""Tost" maliyyə piramidasının rəhbərlərindən Namiq Cabbarzadənin" saxlanıldığı haqqında məlumat yayıb. Bu piramidanın daha bir iştirakçısı, 1989-cu il təvəllüdlü Sahib Hüseynov barəsində axtarış elan olunub.

DİN-in məlumatına görə, Cabbarzadə və Hüseynov "Tost"a yatırım edən şəxslərə guya onların pul vəsaitləri hesabına süni intellekt vasitəsilə elektron birjada kriptovalyuta alqı-satqısı həyata keçirildiyini və nəticədə yüksək faizli qazanc əldə edəcəkləri barədə şirnikləndirici vədlər ediblər.

Vətəndaşlara sosial şəbəkələrdə "Tost"u reklam etmək və bunun üçün bonus qazanmaq təklif olunurdu.

Beləliklə, piramida müəllifləri 5 milyon manata yaxın vəsait cəlb etməyə və onu kriptovalyutaya çevirməyə müvəffəq olublar.

Kibercinayətkarlığa qarşı Mübarizə Baş İdarəsində cinayət işi açılıb, Cabbarzadə həbs olunub.

Seçilən
8
turan.az

1Mənbələr