AZ

Türkiyə yığmasının heyətində dəyişiklik edildi

Millətlər Liqasında növbəti oyunlarını keçirməyə hazırlaşan Türkiyə yığmasının heyətində dəyişikliklər edilib.

B Liqasının 4-cü qrupunda mübarizə aparan qardaş ölkənin komandası oktyabrın 11-də evdə Monteneqro, oktyabrın 14-də səfərdə İslandiya ilə qarşılaşacaq. Zədə üzündən ''Fənərbaxça''lı İsmayıl Yüksək ilə ''Beşiktaş''lı Mərt Günok yığmanın heyətindən çıxarılıb. Yığmanın məşqçilər korpusu hələ ki, İsmayılın əvəzinə başqa futbolçu çağırmağa ehtiyac görməyib. Amma Mərtin əvəzinə yığmaya ''Eyüpspor''un qapıçısı Berke Özər dəvət edilib.

Böyük ehtimalla qarşıdakı oyunlarda qapını ''Trabzonspor''lu Uğurcan Çakır qoruyacaq. 24 yaşlı Berke əvvəllər bir neçə dəfə yığmaya çağırılsa da, hələ ki, debüt etməyib.

ƏLİ

Seçilən
15
football-plus.az

1Mənbələr