AZ

“Bitcoin”-in əsl yaradıcısının adı açıqlanıb

“HBO” kanalında yayımlanan “Money Electric: The Bitcoin Mystery” sənədli filminin müəllifləri “Bitcoin”-in yaradıcısı Satoşi Nakamoto təxəllüsü ilə işləyən tərtibatçının adını çəkiblər. Kinorejissor Kallen Hobak rəqəmsal valyutanın əsl yaradıcısının kanadalı tərtibatçı Peter Todd olmasının lehinə çoxsaylı amilləri nəzərə aldığını iddia edir, “Politico” yazır.

"O zaman sizin “Bitcoin” haqqında dərin məlumatınız var idi?" Hobak filmin sonunda Todddan soruşur. "Yaxşı, bəli, mən Satoşi Nakamotoyam" deyə Todd cavab verir. Lakin bu etiraf qəti dəlil deyil.

Qeyd edək ki, Todd özü dəfələrlə “Bitcoin”-in yaradılmasında iştirakını inkar edib. O, məxfiliyə dəstək ifadəsi kimi "Mən Satoşiyəm" ifadəsini işlətməsi ilə tanınır.

“HBO” sənədli filminin nümayişi ərəfəsində bir çox “Bitcoin” mütəxəssisləri də əsas kriptovalyutanın əsl yaradıcısının kim olacağına mərc edirdilər. Səslərdə lider amerikalı texnoloq Len Sassaman olub.

Filmi əhatə edən həyəcana baxmayaraq, Satoşi Nakamotonun kimliyinə dair son ipucu cavabsız qalır və kripto sənayesinin bir çox iştirakçıları bunun olması lazım olduğuna əmindirlər.

“HBO” kanalında yayımlanan “Money Electric: The Bitcoin Mystery” sənədli filmini bu likdən izləyə bilərsiniz: https://baku.tv/id-160396 və ya https://baku.tv/embed/160396

Almaz Həsənli

Seçilən
8
oxumeni.az

1Mənbələr