“Magistral içməli su xəttinin Zarat qəsəbəsindən keçən hissəsində qəza baş verməsi səbəbilə aparılan təmir işləri başa çatıb”.
Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Dövlət Se Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib.
Məlumata görə, hazırda suyun durulma prosesi gedir.
Qeyd olunub ki, bu gün axşam saatlarından suyun hissə-hissə verilməsinə başlanılacaq.
“Oktyabrın 10-u axşam saatlarından etibarən suyun ərazilərə əvvəlki rejimlə verilməsi bərpa olunacaq”, - deyə məlumatda bildirilir.