AZ

"35 yaşına qədər heç bir qadınla..." - Keçmiş arvadı sirləri açdı

Elvis Preslinin yeganə qızı, müğənni Maykl Ceksonun keçmiş həyat yoldaşı ərinin qadınlarla münasibətləri haqqında bəzi həqiqətləri danışıb.

Bakupost.az xəbər verir ki, bu barədə “People” nəşri yazıb.

Liza Marinin dediyinə görə, bir çoxlarının onunla münasibət qurmağa çalmasına baxmayaraq, Maykl Cekson 35 yaşına qədər heç vaxt qadınla olmayıb.

"Mən bundan dəhşətə gəldim, çünki səhv hərəkət etməkdən qorxdum", - Presli deyib.

O, müğənninin məhz ondan övlad istədiyini qeyd edib. Sənətçi Liza Mariyə o, aktyor Denni Kio ilə evli olduğu zaman evlənmək təklif edib. Liza Mari özü də ona rəğbət bəsləyirmiş.

Məşhurlar iki illik evlilikdən sonra ayrılıblar. Onlar dostluq münasibətlərini qoruyub saxlaya biliblər.

Xatırladaq ki, Maykl Cekson iki dəfə evlənib, onun Debbi Roudan iki, surroqat anadan isə daha bir övladı var. Müğənni 2009-cu ildə dünyasını dəyişib. Onun qardaşı Tito Cekson isə 2024-cü ildə vəfat edib.

Zaur, BakuPost
Seçilən
18
bakupost.az

1Mənbələr