Aktyor Vüsal Əhmədzadənin rejissor kürsüsündə əyləşdiyi “Qapı” filminin təqdimat mərasimi baş tutub.
Dərgi.az xəbər verir ki, qala gecəsində sənət adamları, aktyor heyətinin ailə üzvləri və yaxınları qonaq qismində iştirak edib. Qırmızı xalıda jurnalistlərin suallarına cxavab verən çəkiliş heyəti daha sonra qonaqlarla birlikdə filmi izləyib.
Ekran işi izləyicilərin alqışları ilə sona çatıb.
Ekran işində rolları Əməkdar artistlər Sənubər İsgəndərli, Rafael İsgəndərov, aktyorlar Kamran Ağabalayev, Taleh Yüzbəyov, Emil Musayev, aktrisalar Zemfira Əbdülsəmədova, Kəmalə Onur və Kəmalə Piriyeva canlandırır.
Film haqqında qısa məlumat: İmkanlı iş adamının evində xadimə işləyən Vəfa özünə yeni həyat qurmaq üçün həmin evdən oğurluq etmək qərarına gəlir. Bu işdə bir ildən çox aliment ödəmədiyinə görə oğlunu görə bilməyən, artıq bu həyatdan bezən qardaşı Vidadiyə müraciət edərək kömək istəyir. Qardaşını razı salandan sonra bir neçə dəfə oğurluq üstündə həbsdə olan ögey xalası oğlu Cavada bu işdə əlbir olmaq təklif edirlər. Cavad və Vidadi oğurluq vaxtı qapını xarab edirlər və evdə qalırlar. Bundan sonra isə hadisələr daha da həyəcanla inkişaf edir.