AZ

Azərbaycan Voleybol Federasiyasının nümayəndələri beynəlxalq komissiyalara üzv seçiliblər

Bakı, 9 oktyabr, AZƏRTAC

Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə heyətinin ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, videotoplantı şəklində baş tutan tədbirdə Azərbaycan Voleybol Federasiyası (AVF) prezidentinin müşaviri, CEV İdarə Heyətinin üzvü Cəlil Cəfərov da iştirak edib.

İclasda 2024-2028-ci illərdə fəaliyyət göstərəcək CEV komissiyalarının tərkibi müəyyənləşib. AVF-nin 3 namizədi - federasiyanın həkimi Vüsalə Kazımova Avropa Tibb Komissiyasına, İdarə heyətinin üzvü Elqar Bağırov Avropa Çimərlik Voleybolu Komissiyasına, Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli isə Maliyyə Komissiyasına üzv seçiliblər.

Həmçinin toplantıda Zonal Assosiasiyaların inkişafı və əməkdaşlıqların gücləndirilməsi üzrə CEV-in işçi qrupu da müəyyən olunub. Seçilənlər sırasında Cəlil Cəfərov da yer alıb.

Həmin şəxslər qarşıdakı dörd il ərzində Avropa Voleybol Konfederasiyasında Azərbaycanı təmsil edəcəklər.

Seçilən
32
5
azertag.az

7Mənbələr