AZ

Gürcüstanla bağlı qətnamə qəbul olundu: Rusiyanın xeyrinə olan addımlaragörə dərhal…

“Avropa Parlamenti bir daha gürcü xalqının qanuni Avropa və korrupsiyadan azad, fundamental azadlıqlara tam hörmət edən, insan hüquqlarını qoruyan, açıq cəmiyyət və müstəqil media üçün şərait yaradan ölkədə firavan yaşamaq istəklərini güclü dəstəklədiyini bir daha təsdiqləyir”.

Medianews.az  xəbər verir ki, Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə layihəsini təsdiqləyib.

Layihə “Gürcüstanda demokratiyanın tənəzzülü və siyasi plüralizm üçün təhlükələr haqqında” adlanır.

“Gürcüstana Avropa İttifaqı üzvlüyünə namizəd ölkə statusunun verilməsi qərarı Gürcüstan siyasi cəmiyyətinin nailiyyətləri və demokratik səylərini tanımaq istəyi, habelə vətəndaşların Aİ-yə üzvlük tələbi ilə bağlı olub. Avropa Şurası Prezident Salome Zurabişvilinin Gürcüstanı demokratik və avropapərəst inkişaf yoluna qaytarmaq səylərini yüksək qiymətləndirir, “Gürcü Arzusu” Partiyasının əsassız impiçment vasitəsilə Gürcüstan prezidentini susdurmaq cəhdlərini qətiyyətlə pisləyir və qınayır. Biz bir daha Aİ Şurası və demokratik tərəfdaşları İvanişvilinin Gürcüstanda siyasi proseslərin pisləşməsindəki roluna, eləcə də Rusiyanın xeyrinə olan digər addımlarına görə dərhal və məqsədyönlü fərdi sanksiyalar tətbiq etməyə çağırırıq”, – qətnamədə vurğulanır.

Ayşən

Seçilən
8
1
medianews.az

2Mənbələr