AZ

“WhatsApp”dan istifadəçilərini təəccübləndirəcək yenilik

"WhatsApp" tətbiqinə şəkillərin yoxlanılması ilə bağlı yeni funksiya əlavə ediləcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

İstifadəçilər bundan sonra göndərilən şəkillərin orijinallığını yoxlaya biləcəklər. Bu funksiyanı istifadə etmək üçün şəkili açmaq və yuxarı sağ küncdə olan üç nöqtəyə toxunaraq "Şəbəkədə axtarış" seçimini etmək lazım olacaq.

Bu vasitə ilə "Google" axtarış alətlərindən istifadə edərək şəkillərin mənşəyini tapmaq mümkün olacaq.

Yeni funksiya istifadəçilərə göndərilən görüntülərin doğruluğunu yoxlamağa kömək edəcək. Funksiyanın əlavə olunması məxfiliyin qorunması və paylaşımın ictimaiyyətə sızmasının qarşısını almaq üçün əlavə bir müdafiə rolu oynayacaq

Seçilən
24
1
iqtisadiyyat.az

2Mənbələr