AZ

Iki nəfər Türkiyə millisinin düşərgəsindən uzaqlaşdırıldı

Millətlər Liqasında Monteneqro və İslandiya ilə qarşılaşacaq Türkiyə millisinin heyətində dəyişiklik olub.

Sportinfo.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayıb.

Yarımmüdafiəçi İsmail Yüksek (“Fənərbaxça”) ilə qapıçı Mert Günok (“Beşiktaş”) heyətdən çıxarılıb. Onlardan yalnız Mertin əvəzinə “Eyüpspor”un qapıçısı Berke Özer yığmaya çağırılıb.

TFF-nin verdiyi açıqlamaya görə, hər iki oyunçunun zədəsinin qarşılaşmalara kimi tam sağalmayacağı müəyyən olunub. Bu səbəbdən də futbolçular millidən çıxarılıb və müalicələri klublarında davam etdiriləcək.

Türkiyə oktyabrın 11-də Monteneqro ilə, 3 gün sonra isə İslandiya ilə üz-üzə gələcək.

Seçilən
30
sportinfo.az

1Mənbələr