AZ

Zelenskinin optimizmi: Kiyevin xeyrinə nə dəyişib?

Ukrayna Prezidenti Vladimir Zelenskinin “döyüş meydanındakı vəziyyət ən geci 2025-ci ilə qədər Ukraynada müharibəyə son qoymaq üçün addımlar atılması üçün imkan yaradır” optimizminin nəyə əsaslandığını söyləmək çətindir. Doğrusu, döyüş meydanındakı vəziyyəti nəzərə alaraq, Ukrayna üçün hər şeyin yaxın zamanda müsbət həll olunacağını söyləmək olmur, əksinə, Rusiya Donbasda işğal ərazisini genişləndirməkdə davam edir.

Axar.az xəbər verir ki. bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

“Ukrayna ordusunun avqustun əvvəlində Rusiya ərazisinə müdaxiləsi müsbət qiymətləndirilsə də, bu hələ ki, müharibənin gedişini Ukraynanın xeyrinə dəyişməyib. Ukrayna ordusu müqavimətini davam etdirir, döyüş bölgəsində nə mümkündürsə edir, ancaq ordunun işğal altındakı əraziləri yaxın aylarda geri qaytarmaq üçün daha çox canlı qüvvəyə və hərbi texnikaya ehtiyacı var. Rusiyanın müharibədə gündəlik itkiləri min nəfəri keçir, yüzlərlə hərbi texnikası da vurulur, buna baxmayaraq, Rusiya ölənlərin yerinə yenilərini göndərir, hərbi texnikası da zavodlarından birbaşa cəbhə bölgəsinə daşınır. Ukrayna isə canlı qüvvə və hərbi texnika sarıdan çətinliklərlə üzləşib. Zelenskinin Ukrayna ilə bağlı ikinci Sülh Sammitinə olan ümidləri də özünü doğrultmaya bilər. İyunun 15-də İsveçrədə keçirilən birinci sammitin Ukrayna üçün böyük faydası olmadı. Qərb ölkələrində müharibədən yorğunluq özünü büruzə verir, bu amil də Ukraynanın əleyhinə işləyir. Odur ki, Ukrayna istədiyi nəticəni sammitlərdə deyil, döyüş meydanında - əks-həmlə ilə əldə edə bilər”, - politoloq vurğulayıb.

Seçilən
39
5
axar.az

7Mənbələr