AZ

Aİ-nin İqlim fəaliyyəti üzrə komissarı Vopke Hoekstra Azərbaycanda keçirilən COP29-öncəsi iclasda iştirak edəcək

Bakı. Trend:

Aİ-nin İqlim fəaliyyəti üzrə komissarı Vopke Hoekstra BMT-ninillik İqlim Konfransı ərəfəsində Azərbaycanda keçirilənCOP29-öncəsi iclasda iştirak edəcək.

Trend Avropa İttifaqınının Bakı ofisinə istinadən məlumat verirki, oktyabrın 10 və 11-də Aİ-nin İqlim fəaliyyəti üzrə komissarıVopke Hoekstra Bakıda keçiriləcək COP29-öncəsi iclasda iştirakedəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransına(COP29) cəmi bir ay (11-22 noyabr) qaldığı bir vaxtda belə birgörüşün təşkil edilməsi iqlim maliyyələşdirməsi, beynəlxalq karbonbazarları, iqlim dəyişikliyinə uyğunlaşma və qalıq yanacaqlardankeçidin sürətləndirilməsi ilə bağlı COP28-in öhdəliklərinin yerinəyetirilməsi daxil olmaqla müzakirələrin intensivləşdirilməsi vəCOP29-un uğurla yekunlaşmasına zəmin yaratmaq üçün rəsmidanışıqların başlanmasından əvvəl dünyanın müxtəlif ölkələrindənnazirlərin bir araya gəlməsi üçün əsas fürsətdir.

Bu gün Komissar Hoekstra “COP29-a gedən yol” mövzusunda plenarmüzakirədə və gün ərzində iqlim dəyişikliyinin təsirininazaldılması, iqlim dəyişikliyinə uyğunlaşma, itki və zərər və iqlimmaliyyəsi üçün yeni kollektiv kəmiyyət hədəfinə (YKKH) yönəlmiş üçseksiya iclasında iştirak edəcək. Aİ Şurası bu həftə iqlimmaliyyələşdirilməsinə dair nəticələri təsdiqləmişdir və Aİ-ninCOP29 üzrə danışıqlar mandatının oktyabrın 15-də Ətraf MühitŞurasının iclasında razılaşdırılacağı gözlənilir. Komissar həmçiningələn il üçün milli səviyyədə müəyyən edilmiş töhfələrin növbətimərhələsinin hazırlanması və onların Paris Sazişinin qlobaltemperatur artımının 1,5°C-dək məhdudlaşdırılması məqsədi iləuyğunlaşdırılmasına həsr edilmiş "Missiya 1,5 üçün yol xəritəsi"mövzusunda panel müzakirəsində giriş nitqi ilə çıxış edəcək.

Komissar həmçinin BMT Baş katibinin müavini və BMT-nin dayanıqlıİnkişaf Qrupunun sədri Amina C. Mohammed, Misirin Ətraf MühitNaziri Yasmin Fuad, Fransanın Ekoloji Keçid, Enerji, İqlim vəRisklərin Qarşısının Alınması naziri yanında enerji məsələləri üzrənazir-nümayəndə Olqa Jiverne, Sinqapurun Davamlı İnkişaf və ƏtrafMühit Naziri, Qreys Fu ilə ikitərəfli görüşlər keçirəcək. Axşam o,COP29 Rəyasət Heyətinin təşkil etdiyi nazirlər üçün şam yeməyindəiştirak edəcək.

Cümə günü Komissar Hoekstra Paris Sazişinin 6-cı maddəsinəəsasən karbon bazarlarının potensialının kəşf edilməsi və ParisSazişi üzrə ilk qlobal xülasənin nəticələrinin həyata keçirilməsinəhəsr edilmiş plenar müzakirələrdə iştirak edəcək. O, həmçinin günərzində Almaniyanın Dövlət Katibi və Beynəlxalq İqlim Fəaliyyətiüzrə Xüsusi Elçisi Cennifer Morqan; Cənubi Afrikanın Meşə,Balıqçılıq və Ətraf Mühit Naziri Dion Corc; və Qazaxıstanınekologiya və təbii sərvətlər naziri Yerlan Nısanbayev iləikitərəfli görüşlər keçirəcək.

Seçilən
31
50
az.trend.az

10Mənbələr