AZ

"Bitcoin" bir il sonra neçəyə olacaq? - Analitikdən proqnoz

Maliyyə dünyasının təcrübəli adlarından olan Peter Brandt açıqlamasında "Bitcoin"in qiyməti ilə bağlı proqnozunu paylaşıb.

Valyuta.az-ın verdiyi xəbərə görə, 50 illik təcrübəyə malik təcrübəli bazar analitiki Peter Brandtın "Bitcoin" üçün hədəfi 2025-ci ilin avqust və ya sentyabr ayına qədər 135.000 dollar olaraq təyin olunub.

Brandta görə, "Bitcoin" üçün əhəmiyyətli qazanclar adətən yarılanma dövrlərinin ikinci yarısında baş verir. O, 2024-cü ilin martından bu yana olan dövrü davam edən yüksəliş trendində "qısa fasilə" kimi təsvir edib.

Əvəz Həsənov

Seçilən
6
1
valyuta.az

2Mənbələr