AZ

Kadırov yol hərəkəti qaydalarını pozanları müharibəyə göndərəcək

Çeçenistan lideri Ramzan Kadırov yol hərəkəti qaydalarını pozanları müharibəyə göndərmək qərarına gəlib...

Poliqon xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri yaydığı videoçarxda bildirib.

Kadırov qeyd edib ki, Çeçenistandakı bütün cinayətkarları inzibati məsuliyyət əvəzinə müharibəyə göndərmək daha doğrudur.

“Əgər qanuna hörmət etmirsinizsə, ya icazə verilən maksimum müddətə həbs olun, ya da müqavilə bağlayın və döyüş zonasına gedin. Onları inzibati məsuliyyətə cəlb etməkdənsə, qanun pozucularının Rusiya qoşunlarının sıralarında xidmətə göndərilməsi daha məqsədəuyğun olardı. Nəzərə alsaq ki, 2500 nəfərlik yeni alay formalaşdırırıq, bu, məqsədəuyğun olar. Hər kəs üçün yer olacaq”, deyə Çeçenistan lideri vurğulayıb.

Kadırovun sözlərinə görə, təşəbbüs boş, əxlaqsız həyat tərzi keçirən, avtomobilini istənilən yerdə saxlaya bilən, qanunsuz narkotik vasitənin təsiri altında olarkən sükan arxasına keçə bilən, yol hərəkəti qaydalarını pozan, münaqişələr yaradan gənclərə aid ediləcək.

Poliqon.info

Seçilən
15
4
poliqon.info

10Mənbələr