AZ

AFFA-nın vitse-prezidenti UEFA-dan təyinat alıb

AFFA-nın

Bakı, 10 oktyabr, AZƏRTAC

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti dəfə təyinat alıb.

AZƏRTAC milli assosiyasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək Yunanıstan – İrlandiya oyununun UEFA nümayəndəsi olacaq.

Oktyabrın 13-də Pirey şəhərində yerləşən “Georgios Karaiskakis” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Seçilən
6
28
azertag.az

10Mənbələr