AZ

BMT-də yeni dövr başladı

Birləşmiş Millətlər Təşkilatının (BMT) 47 üzvü olan İnsan Hüquqları Şurasının 18 yeni üzvü seçilib. Yeni seçilən üzvlər 2025-ci il yanvarın 1-dən etibarən Şurada 3 il fəaliyyət göstərəcək.

Turkustan.az xəbər verir ki, BMT Baş Assambleyasında keçirilən gizli səsvermədə mərkəzi ofisi Cenevrədə yerləşən İnsan Hüquqları Şurasına 3 il müddətinə seçilən yeni üzvlər açıqlanıb.

Səsvermədə Afrika qrupundan şurada 5 yerə seçilən Benin, Konqo Demokratik Respublikası, Efiopiya, Qambiya və Keniya şuraya yeni üzv olmaq hüququ qazanıb.

Şuraya qoşulan Asiya-Sakit Okean qrupunun üzvləri Cənubi Koreya, Marşal adaları, Qətər, Cənubi Kipr Rum Administrasiyası və Tailand idi.

Şuraya Şərqi Avropa qrupundan Çexiya və Şimali Makedoniya seçilib.

Şuraya Latın Amerikası və Karib hövzəsi qrupundan Kolumbiya, Meksika və Boliviya seçildiyi halda, Qərbi Avropa və digər qruplardan Şuraya seçilmiş üzvlər İslandiya, İspaniya və İsveçrə olub.

Namizədliyi insan haqları təşkilatları tərəfindən tənqid edilən Səudiyyə Ərəbistanı lazımi səsləri ala bilməyib.

Yeni seçilən üzvlər 2025-ci il yanvarın 1-dən etibarən Şurada 3 il fəaliyyət göstərəcək.

BMT-nin İnsan Hüquqları Şurası 2006-cı ildə yaradılıb. BMT-yə üzv dövlətlər BMT Baş Assambleyası tərəfindən İnsan Hüquqları Şurasına 3 il müddətinə seçilir.

İldə üç dəfə mart, iyun və sentyabr aylarında toplaşaraq “insan hüquqları” məsələlərini müzakirə edən Şuranın iclaslarında da qərar layihələri müzakirə edilərək qəbul edilir.

BMT-nin İnsan Hüquqları Şurasının qərarları “tövsiyə” xarakteri daşıyır və hüquqi qüvvəyə malik deyil.

47 üzvü olan Şura həm BMT-yə üzv dövlətlər, həm də qeyri-hökumət təşkilatları tərəfindən tənqid olunur, çünki insan haqları sahəsində vəziyyəti zəif olan ölkələr vaxtaşırı üzv seçilir.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Seçilən
23
turkustan.az

1Mənbələr