AZ

AFFA-nın vitse-prezidenti UEFA-dan təyinat alıb

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti dəfə təyinat alıb.

AZƏRTAC milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək Yunanıstan-İrlandiya oyununun UEFA nümayəndəsi olacaq.

Oktyabrın 13-də Pirey şəhərində yerləşən “Georgios Karaiskakis” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Seçilən
5
28
yeniazerbaycan.com

10Mənbələr