AZ

"Bravo" marketdə daha bir müştəri aldadıldı - ŞİKAYƏT - VİDEO

"Bravo" marketdə aldadıldığını iddia edən müştəri sosial şəbəkədə məlumat yayıb. Avtosfer.az xəbər verir ki, kilosu 10.99 AZN-ə satılan sosiskanın 248 qram olan paketi piştaxtada 2.73 AZN-ə satışa çıxarılıb. Lakin müştəri onu aldıqdan sonra qəbzin üzərində başqa qiymətlərin yazıldığını görüb.

Belə ki, sosiskanın kilosu 14.99 AZN, bir paketinin qiyməti isə 3.72 AZN olduğu məlum olub. Məhsulun üzərindəki qiymətlə qəbzin üzərindəki qiymət arasında fərq olduğu üçün alıcı aldadıldığını iddia edir.

Qeyd edək ki, "Bravo" marketlər şəbəkəsində bu cür hallarla bağlı redaksiyamıza çoxsaylı şikayətlər daxil olur. Alıcılar bunun qəsdən edildiyini iddia edirlər.

Belə halların yaşanmaması üçün marketin məsul işçilərinin daha diqqətli olacaqlarına ümid edirik.

 

Fərid

Seçilən
19
avtosfer.az

1Mənbələr