AZ

“PashaPay” MMC ilə “Azəriqaz” İB arasında Anlaşma Memorandumu imzalanıb (FOTO)

Bakı. Trend:

10 oktyabr 2024-cü il tarixində “PashaPay” MMC ilə “Azəriqaz” İBarasında ikitərəfli və qarşılıqlı faydalı əməkdaşlığın qurulmasıistiqamətində Anlaşma Memorandumu imzalanıb.

Trend xəbərverir ki, imzalanma mərasimi "PAŞA Holdinq"in dördüncü dəfə təşkiletdiyi və regionun ən böyük innovasiyalar tədbirlərindən biri olan“Inmerge İnnovasiya Sammiti”ndə dövlət və özəl tərəfdaşlığıçərçivəsində reallaşıb.

Memorandumun şərtlərinə əsasən, “Azəriqaz” tərəfindənvətəndaşlara və hüquqi şəxslərə göstərilən bəzi xidmətlərin m10mobil tətbiqində rəqəmsallaşdırılması həyata keçiriləcək. Layihəçərçivəsində m10 mobil tətbiqində “Azəriqaz” müştərilərinin şəxsikabinetinin yaradılması, onlayn xidmətlərin göstərilməsi (ərizə vəmüraciət qəbulu, arayış verilməsi və s.), ödəniş təcrübəsininyaxşılaşdırılması, eləcə də ödənişlərin stimullaşdırılması kimimüxtəlif yeni alətlərin tətbiqi nəzərdə tutulur. Habelə qaztəchizatı xidmətinə görə müvafiq haqların ödənilməsi zamanı yaranabiləcək sual və ya şikayətlərin dövlət və özəl tərəfdaşlığıçərçivəsində cavablandırılması və həll edilməsi də diqqətdəsaxlanılacaq. Bu əməkdaşlıq həmçinin müştərilərə m10 mobiltətbiqinin operatoru "PashaPay" MMC-nin aid olduğu ekosistemdaxilində təqdim edilən xidmətlərə əlçatanlığını da artırmışolacaqdır, bununla da ekosistemin təqdim etdiyi geniş imkanlardanyararlanmağa imkan yaradacaqdır.

Qeyd edək ki, bu əməkdaşlıq “Azəriqaz” İB tərəfindən həyatakeçirilən geniş rəqəmsallaşdırma proqramının tərkib hissəsidir vəmüasir innovativ həllərdən istifadə etməklə abonentlərə göstərilənxidmətin səviyyəsinin yüksəldilməsi məqsədi daşıyır.

Xatırladaq ki, "PAŞA Holding"in təşkilatçılığı ilə həyatakeçirilən bu sammitin məqsədi ölkədə innovasiya ekosisteminininkişafına töhfə vermək, startaplar və investorları bir arayagətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə dəinnovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir vətəcrübə mübadiləsi üçün platforma qurmaqdır.

“PashaPay”
“PashaPay”
“PashaPay”
“PashaPay”
Seçilən
24
az.trend.az

1Mənbələr