AZ

Yüksək Liqada 6 komanda

Azərbaycan Futzal Federasiyasının İcraiyyə Komitəsinin (İK) iclası keçirilib.

Msport.az xəbər verir ki, İK üzvləri Yüksək Liqanın 2024-2025-ci il mövsümündə iştirak edəcək komandaların siyahısını təsdiqləyib.

Cari çempionatda 6 komanda – “Araz-Naxçıvan”, “Baku Fire”, “Neftçi” İK, “Yasamal Bakı”, U-19 və “Şuşa” – iştirak edəcək. Mövsümün püşkü oktyabrın 15-də, saat 14:00-da AFFA-nın konfrans zalında atılacaq. I turun oyunları oktyabrın 22-də keçiriləcək.

Birinci Liqada isə, xəbər verdiyimiz kimi, 12 komanda iştirak edəcək. Oyunlara oktyabrın 20-də start veriləcək.

“Yay Transfer pəncərəsi” isə oktyabrın 21-i, saat 23:59-da bağlanacaq.

Seçilən
7
13
msport.az

10Mənbələr