AZ

"Xaliq Faiqoğlu": "Avtobus zolaqları ictimai nəqliyyatdan istifadəni artırıb"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) həyata keçirdiyi tədbirlər nəticəsində Bakı şəhərinin müxtəlif küçə və prospektlərində çəkilən avtobus zolaqları ictimai nəqliyyatdan istifadəni stimullaşdırmaqla hər gün yüzminlərlə insanın vaxtında mənzilbaşına çatmasına birbaşa kömək edir"​.
Bu barədə Oxu.Az Bakıda ən böyük özəl daşıyıcı olan "Xaliq Faiqoğlu" şirkətindən bildirilib.
Qeyd edilib ki, yeni zolaqların təşkil edilməsi ilə ictimai nəqliyyatdan istifadə edənlərin sayı günbəgün artır.
Şirkətin apardığı təhlillər göstərir ki, son aylarda avtobuslardan istifadə edən sərnişinlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 faizədək artım var: "Xaliq Faiqoğlu" şirkəti hazırda ümumilikdə 30 müntəzəm marşrut xətti üzrə xidmət göstərir və hər bir marşrut xətti bu zolaqlardan müəyyən qədər faydalanır. Nümunə olaraq bildirə bilərik ki, bir neçə marşrut xəttinin trayektoriyasında yer alan Tbilisi prospekti, Moskva prospekti, Cəfər Cabbarlı küçəsi, Zivərbəy Əhmədbəyov küçəsi, Füzuli küçəsi və digər küçələrdə çəkilmiş zolaqlar avtobuslararası intervalın qorunması və müntəzəmliyin təmin edilməsi baxımından böyük əhəmiyyətə malikdir. AYNA tərəfindən hazırda bir sıra yollarda da zolaqların istifadəyə verilməsi ilə bağlı təhlillər aparılır ki, bu da həyata keçirilən layihələrin məqsədyönlülüyünü göstərir".