AZ

Azərbaycan futzal çempionatı ilə bağlı qərar verildi

style='margin-bottom:10px;'>

Azərbaycan Futzal Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib.

QOL.az xəbər verir ki, İK üzvləri Yüksək Liqanın 2024-2025-ci il mövsümündə iştirak edəcək komandaların siyahısını təsdiqləyib.

Bu çempionatda 6 komanda - “Araz-Naxçıvan”, “Baku Fire”, “Neftçi” İK, “Yasamal Bakı”, U-19 və “Şuşa” iştirak edəcək. Mövsümün püşkü oktyabrın 15-də, saat 14:00-da AFFA-nın konfrans zalında atılacaq. I turun oyunları oktyabrın 22-də keçiriləcək.

Birinci Liqada isə 12 komanda iştirak edəcək. Oyunlara oktyabrın 20-də start veriləcək.

“Yay Transfer pəncərəsi” oktyabrın 21-i, saat 23:59-da bağlanacaq.

Qeyd edək ki, artıq 3 mövsümdür ki, Yüksək Liqada 6 komanda iştirak edir.

Seçilən
4
13
teleqraf.com

10Mənbələr