AZ

COP28-in Prezidenti: COP28 sammitində əldə olunan razılığın bütün iştirakçı ölkələr tərəfindən icra edilməsinə çalışırıq

“COP sədrlikləri üçlüyü çalışır ki, BƏƏ-də keçirlən COP28 sammitində əldə olunan konsensus bütün iştirakçı ölkələr tərəfindən icra edilsin".

APA xəbər verir ki, bunu COP28-in Prezidenti, BƏƏ-nin Sənaye və Qabaqcıl Texnologiyalar naziri Sultan Al-Jaber Bakıda çərçivəsində BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (PreCOP) çərçivəsində "PreCOP-1.5 missiyasına gedən yol: Beynəlxalq Əməkdaşlığın Genişləndirilməsi mövzusunda panel müzakirədə deyib.

O vurğulayıb ki, sözügedən format ölkələr arasında fikir mübadiləsinin aparılması istiqamətində mühüm rol oynayır:

"Bu sahədə beynəlxalq əməkdaşlıq önəmlidir. Məqsədlərimizə çatmaq üçün yeni enerji mənbələrinə investisiya yatırılmalı, səhiyyə sisteminin gücləndirilməsi, eləcə də göstərilən səylərin hesabatlılıqla müşahidə olunması vacibdir. Fevralda təqdim olunacaq yeni töhfələr həm də Paris Sazişinin müddəalarının icrası istiqamətində irəliləyiş əldə etmək üçün vacibdir. Bizim üzərimizə götürdüyümüz öhdəliklər qarşılıqlı əməkdaşlıq şəraitində yerinə yetirilməlidir".

Seçilən
17
1
apa.az

2Mənbələr