AZ

Bitkoinin yaradıcısının kimliyi məlum oldu

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Oktyabrın 8-də rejissor Cullen Hoback tərəfindən HBO-da "Elektron Pullar: Bitcoin Sirri" (Electric Money: The Bitcoin Mystery) adlı yeni sənədli film təqdim edildi.

Banco.az xəbər verir ki, filmin təqdimatından sonra  Bitcoin-in yaradıcısı Satoshi Nakamoto-nun kimliyi ilə bağlı araşdırma aparılıb. Məlum oldu ki,  Bitcoin-in gizli yaradıcısı 39 yaşlı developer Peter Todd ola bilər.

O, Bitcoin-in inkişafının ilkin dövrlərində fəal iştirak edib və bir sıra protokolların yaradılmasında mühüm rol oynayıb.  Todd, onlayn kriptovalyuta icmalarında aktiv olub və Bitcoin-in ilk illərində vacib fiqurlardan biri kimi çıxış edib.

Xatırladaq ki, avstraliyalı sahibkar Craig Wright uzun illər boyu özünü Satoshi Nakamoto kimi tanıtmağa çalışıb və bu iddianı sübut etmək üçün bir çox məhkəmə prosesində iştirak edib. Nəhayət, 2024-cü ilin iyul ayında Wright, kriptovalyutanı icad etmədiyini və yanlış ifadələr verdiyini etiraf edib.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
20
banco.az

1Mənbələr