AZ

Baş icraçı direktor: Regionun böyük iqtisadi oyunçularından biri olaraq, biz üzərimizdə məsuliyyət hiss edirik

Baş

Bakı, 10 oktyabr, AZƏRTAC

İnnovasiya bizim üçün sadə bir məfhum deyil. İnnovasiya sammiti ilə biz regionda innovasiya ekosisteminin inkişafına töhfə verdiyimizə inanırıq.

AZƏRTAC xəbər verir ki, bunu “PAŞA Holdinq”in baş icraçı direktoru Cəlal Qasımov Bakıda keçirilən “INMerge İnnovasiya Sammiti”ndə çıxışı zamanı bildirib.

O qeyd edib ki, artıq 4-cü ildir ki, “INMerge İnnovasiya Sammiti” təşkil olunur: “Regionun böyük iqtisadi oyunçularından biri olaraq, biz üzərimizdə məsuliyyət hiss edirik. Bu, ətrafdakılarımızın inkişafına töhfə vermək məsuliyyətidir”.

 

Seçilən
16
azertag.az

1Mənbələr