AZ

“Azərbaycan əhalisinin artıq 20 %-ni əhatə etmişik” - “Trendyol”un baş icraçı direktoru

Ötən il biz burada olanda səyahətimizin başlanğıcında idik. Bu bazarda potensialı gördükdən sonra artıq burada bir il yarımdan sonra “Paşa Holdinq”lə birlikdə gözəl partnyorluq yaratdıq. Azərbaycandakı əhalinin artıq 20 %-ni əhatə etmişik.

Valyuta.az xəbər verir ki, bunu bu gün Bakıda keçirilən dördüncü “INMerge” Innovasiya Sammitində çıxışı zamanı “Trendyol Group”un baş icraçı direktoru Erdem İnan deyib.

O, bildirib ki, ümumiyyətlə, innovasiya pozucu xarakter daşıyır, bizim yaşam tərzimizi dəyişir, müştərilər ilə təmaslarımızı dəyişir. Bizim də 40 milyondan çox müştəri, 350 mindən çox biznesləri birləşdirən və generativ süni intellektlə fəaliyyətimiz yenə də dəyişir. Bununla yanaşı, biz investisiyamızı ekosistemə yatırmağa davam etdirməyə çalışırıq. Ölkədə biz artıq təkcə məhsul satımırıq, həm də rəqəmsal ekosistemləri təkmilləşdiririk. Biz bura gəldiyimiz vaxtdan bəri müsbət təsir yaratmağa çalışırıq. Bir çox partnyorlarla birlikdə işləyirik. Maliyyə, logistik partnyorlarla, infulucerlərlə, aghentliklərlə, dövlət orqanlarıyla, kiçik və orta biznes subyektləri ilə işləyirik ki, təsir dairəmizi genişləndirə bilək. Ən böyük ekosistem yaratmışıq 5 min infuluncer ilə əməkdaşlıq edirik”.

Əvəz Həsənov

Seçilən
13
valyuta.az

1Mənbələr