AZ

İlin sonunadək ölkədə fiziki xidmətlərin 15%-i "myGov" üzərindən olacaq

İlin sonuna kimi Azərbaycanda vətəndaşların istifadə etdiyi fiziki xidmətlərin 15%-nin "myGov" portalı vasitəsilə rəqəmsal formata keçirilməsi nəzərdə tutulub.

"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən "İNMerge" İnnovasiya Sammitində rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov deyib.

O bildirib ki, hazırda "myGov" portalının 600 min istifadəçisi var: "Onlar vacib həyati hadisələri - valideyn olmaq, nikah, ailə üzvünün vəfatı kimi hadisələrdə lazım olan işləri rəqəmsal formada həyata keçirə bilirlər. Rəqəmsal şəxsiyyət vəsiqələri, nikah, doğum və ölüm sənədləri də daxil olmaqla 40-dan çox şəxsi məlumat "myGov"da mövcuddur".

Seçilən
13
apa.az

1Mənbələr