AZ

Azərbaycanda bu ilin sonuna qədər dövlət xidmətlərinin 15 faizinin rəqəmsal formata keçirilməsi planlaşdırılır

Bakı. Trend:

Azərbaycanda ilin sonuna qədər vətəndaşlara təqdim olunan dövlətxidmətlərinin 15 faizinin rəqəmsal formata keçirilməsiplanlaşdırılır.

Trend xəbər verir ki, bubarədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müaviniSamir Məmmədov Bakıda "PASHA Holding" tərəfindən 4-cü dəfə təşkiledilən "INMerge” İnnovasiya Sammitində deyib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti rəqəmsallaşmanı ölkəninrəqəmsal transformasiya strategiyasının təməli kimi tanıyır.“MyGov” tətbiqi vətəndaşlar və hökumət arasında əlaqələrintransformasiya prosesinin bir hissəsidir.

“MyGov platforması vətəndaşlara şəxsi məlumatlarını idarə etməyəimkan tanıyır ki, bu da müasir dünyada məlumatların qorunmasıkontekstində xüsusilə aktualdır. Bu, istifadəçilərə dövlətorqanları ilə əlaqə prosesini idarə etməyə, hansı təşkilatların vənə vaxt onların məlumatını istədiklərini izləməyə imkan verir.

Hazırda platformadan 600 min nəfər istifadə edir. İlin sonunaqədər fiziki xidmətlərin 15 faizini rəqəmsal formata keçirməyiplanlaşdırırıq”, - o qeyd edib.

Qeyd edək ki, “PAŞA Holding”in təşkilatçılığı ilə həyatakeçirilən bu sammitin məqsədi ölkədə innovasiya ekosisteminininkişafına töhfə vermək, startaplar və investorları bir arayagətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə dəinnovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir vətəcrübə mübadiləsi üçün platforma qurmaqdır.

Seçilən
11
az.trend.az

1Mənbələr