AZ

“Madonna onunla yaxın münasibətdə olmaq istəyirdi”- Makl Ceksonun keçmiş arvadı

Dünya pop musiqisinin kralı Maykl Ceksonun 35 yaşına qədər heç bir qadınla münasibəti olmayıb.

Azpost.info xəbər verir ki, bunu Elvis Preslinin qızı, Maykl Ceksonun keçmiş həyat yoldaşı, müğənni Liza Mari Presli sənətçinin ölümündən sonra yazdığı xatirələrində etiraf edib.

Onun sözlərinə görə, bir çox qadınlar, hətta Madonna Maykl Ceksonla intim münasibət qurmağa çalışsa da, bütün bu cəhdlər boşa çıxıb.

“Mən onun 35 yaşına qədər heç bir qadınla yaxın münasibətdə olmadığını eşidəndə dəhşətə gəldim”, – Presli deyib.

Müğənni həmçinin bildirib ki, Cekson Las-Veqasa səfəri zamanı ona hisslərini etiraf edib. İfaçı çox aşiq olduğunu və onunla ailə qurmaq istədiyini söyləyib.

Liza Mari Presli və Maykl Cekson 1994-cü ilin yazında evləniblər. Sənətçinin o zaman 35, Lizanın isə 25 yaşı olub. Ulduz cütlüyün evliliyi iki ildən çox davam edib.

Azpost.info

Seçilən
24
azpost.info

1Mənbələr