AZ

Azərbaycanın rəqəmsal inkişaf strategiyası 51 əsas təşəbbüsü əhatə edəcək - Rauf Nəcəfli

Bakı. Trend:

Azərbaycanın rəqəmsal inkişaf strategiyası 51 əsas təşəbbüsüəhatə edəcək.

Trend xəbər verir ki, bubarədə Azərbaycan iqtisadiyyat nazirinin müşaviri Rauf NəcəfliBakıda "PASHA Holding" tərəfindən 4-cü dəfə təşkil edilən "INMerge”İnnovasiya Sammitində deyib.

O qeyd edib ki, rəqəmsal iqtisadiyyat innovasiyalarınstimullaşdırılmasında əsas rol oynayır, yeni ideyalar,texnologiyalar və biznes modelləri üçün platforma yaradır.

“2025-ci ildə Azərbaycan insan kapitalının inkişafı,innovasiyaların təşviqi və ağıllı yanaşmaların tətbiqi kimi əsassahələrdə 51 əsas təşəbbüsü əhatə edən hərtərəfli rəqəmsaliqtisadiyyat inkişaf strategiyasını işə salmağı planlaşdırır. Bustrategiyanın həyata keçirilməsi çərçivəsində rəqəmsal iqtisadiyyatvə ekosistemin davamlı inkişafını qiymətləndirmək və təmin etməküçün araşdırmalar və təhlillər aparılacaq ki, bu da Azərbaycanınprioritetidir”, - Rauf Nəcəfli qeyd edib.

O vurğulayıb ki, ölkənin əlverişli coğrafi mövqeyi və insanpotensialı bu sahədə dövlət proqramlarının həyata keçirilməsi üçünlazım olan şəraiti yaradacaq.

“Rəqəmsal iqtisadiyyat strategiyası Azərbaycanın bu sahədəaparıcı mövqeləri tutmasına imkan verəcək, davamlı vərəqabətqabiliyyətli rəqəmsal iqtisadiyyatın formalaşmasınayönələcək. Strategiya rəqəmsal iqtisadiyyatın ölçülməsi vəinkişafına kompleks yanaşmanı nəzərdə tutur, çünki bu sahədəkoordinasiya həlledici əhəmiyyət kəsb edir”, - o əlavə edib.

Onun sözlərinə görə, sənəd rəqəmsal iqtisadiyyatın bütünkomponentlərinin, o cümlədən rəqəmsal infrastruktur və xidmətlərin,müvafiq sahədə qanunvericiliyin, maliyyə resurslarına çıxışın vərəqəmsal bacarıqların inkişafı istiqamətlərini müəyyən edəcək.

Qeyd edək ki, “PAŞA Holding”in təşkilatçılığı ilə həyatakeçirilən bu sammitin məqsədi ölkədə innovasiya ekosisteminininkişafına töhfə vermək, startaplar və investorları bir arayagətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə dəinnovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir vətəcrübə mübadiləsi üçün platforma qurmaqdır.

Seçilən
17
az.trend.az

1Mənbələr