AZ

Əfsanəvi tennisçi Rafael Nadal karyerasını bitirdiyini açıqladı

Kişi tennisində 22 Böyük Dəbilqə turnirinin qalibi olan ispaniyalı ulduz Rafael Nadal idman karyerasını noyabrda başa vuracaq.

"Operativ Media" xəbər verir ki, cümə axşamı 38 yaşlı Nadal videomüraciət edib və burada son yarışının noyabr ayının 19-24 aralığında olacağını açıqlayıb. "Devis Kubok"u final turniri noyabr ayına qədər Malaqada keçiriləcək və burada İspaniya dörddəbir finalda Hollandiya ilə qarşılaşacaq.

Nadalın karyerasını bitirmək istəməsi heç də gözlənilməz deyil, çünki son illər zədələr səbəbindən özünü ən yaxşı tərəfdən göstərə bilməyib. Nadal omba zədəsi səbəbindən 2023-cü ildə çıxış edə bilməyib.

“Reallıq odur ki, mənim çox çətin illərim olub, xüsusən də son iki il. Mən öz oyunumu oynaya bilməmişəm, sanki hər zaman məhdudiyyətlər var. Təsəvvür edə bildiyimdən daha uğurlu olan karyeranı bitirmək üçün doğru zamandır."

Haqlı olaraq gilli kortların kralı sayılan Nadal Fransa Açıq çempionatında 14 dəfə qalib olub. 2022-ci ildəki qələbəsi onun Böyük Dəbilqə yarışlarında sonuncu uğuru idi. O, Avstraliya Açıq və Uimbldonda iki dəfə, ABŞ Açıqda isə dörd dəfə qalib gəlib. Bundan əlavə, o, 2008-ci ildə tək, 2016-cı ildə qoşa yarışlarda iki Olimpiya qızıl medalına sahibdir.

Seçilən
13
operativmedia.az

1Mənbələr