AZ

Braziliya XİN-in nümayəndəsi: Gələcək üçün çoxtərəfliliyi təşviq etməliyik

Braziliya

Bakı, 10 oktyabr, AZƏRTAC

“Müşahidələr göstərir ki, çətin durumdayıq, ciddi parçalanma, pərakəndəlik var. Lakin gələcək üçün addım atmalı, çoxtərəfliliyi təşviq etməliyik”.

AZƏRTAC xəbər verir ki, bunu Braziliyanın Xarici İşlər Nazirliyinin İqlim, Enerji və Ətraf Mühit üzrə Katibi Andre Korrea do Laqo Pre-COP29 konfransı çərçivəsində COP28, COP29 və COP30 sədrliklərinin birgə təşkilatçılığı ilə keçirilən “Troyka ölkələri”nin “1,5 dərəcə Selsi missiyası üçün Yol xəritəsi” mövzusunda yan tədbirdə deyib.

“Bir çoxları bunun nəticə verməyəcəyini düşünür, lakin çətin də olsa, buna nail olmalıyıq. Biz BƏƏ konsesusunu qiymətləndirir, Bakıdan yüksək nəticə gözləyirik. Braziliya çoxtərəfli legitimliyə inanır. Odur ki, beynəlxalq əməkdaşlıq istiqamətlində bizə güvənə bilərsiniz. Ümumilikdə, gördüyümüz işlər çoxtərəfliliyi təşviq etməlidir”, - deyə Andre Korrea do Laqo bildirib.

 

Seçilən
7
2
azertag.az

3Mənbələr