AZ

Ripple yeni xidmət yaradıb

ABŞ-ın blokçeyn startapı Ripple (XRP) cümə axşamı kripto mühafizəsi sahəsinə böyük addım ataraq, banklara və maliyyə texnologiyaları şirkətlərinə müştərilər adından rəqəmsal aktivləri saxlamağa kömək edəcək yeni xidmətlər təqdim edib.

Banker.az xəbər verir ki, San Fransiskoda mənzillənən şirkətdən bu barədə “CNBC”yə bildirib.

Yeni yaradılan Ripple “Custody” bölməsi altında mühafizə sahəsinə genişlənmək məqsədilə bank və fintex müştərilərinə rəqəmsal tokenləri saxlamaq və idarə etmək imkanı verən bir sıra funksiyalar təqdim edir.

Bu funksiyalara əvvəlcədən təyin edilmiş əməliyyat və siyasət parametrləri, Ripple-in “XRP Ledger” blokçeyn platforması ilə inteqrasiya, uyğunluğun qorunması üçün pulların yuyulması ilə mübarizə risklərinin monitorinqi və istifadəsi daha asan və cəlbedici yeni istifadəçi interfeysi daxildir.

Bu addım, əsasən XRP kriptovalyutası və RippleNet platforması ilə tanınan Ripple-ə əsas ödəniş həlləri biznesindən kənara çıxaraq diversifikasiya etməyə kömək edəcək. “RippleNet” blokçeyn texnologiyasına əsaslanan bir mesajlaşma platformasıdır — bu texnologiya bitcoin kimi kriptovalyutaları dəstəkləyir — və bankların qlobal, paylanmış şəbəkədə pul hərəkətlərinin vəziyyəti barədə yenilikləri paylaşmasına imkan verir.

Cümə axşamı baş verən bu inkişaf, Ripple-in mühafizə məhsullarını Ripple Custody markası altında birləşdirmək və bu sahədə artıq məhsul və xidmətlər təklif edən “Coinbase”, “Gemini” və “Fireblocks” kimi bir sıra şirkətlərlə rəqabət aparmaq üçün atdığı ilk mühüm addımıdır.

Seçilən
12
banker.az

1Mənbələr