AZ

bp-dən Azərbaycanın enerji sektorunda qabaqcıl texnologiyaların tətbiqi barədə AÇIQLAMA

Bakı. Trend:

Energetika sektoru rəqəmsal texnologiyalardan əhəmiyyətlidərəcədə asılıdır.

Trend xəbər verir ki, bubarədə bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regionalstrukturunun nümayəndəsi Aytən Hacıyeva Bakıda "PASHA Holding"tərəfindən 4-cü dəfə təşkil edilən "INMerge” İnnovasiya Sammitindədeyib.

"Energetika sektoru, o cümlədən, bərpa olunan enerji mənbələri,dekarbonizasiya və digərləri böyük dərəcədə rəqəmsaltexnologiyalardan asılıdır. Buna görə də biz hələ 2015-ci ildərəqəmsal transformasiyanın nə qədər vacib olduğuna xüsusi diqqətayırmağa başladıq. Bu strategiyanı 60-dan çox ölkədə fəaliyyətgöstərən bizneslərə tətbiq etdik.

Fəxr etdiyimiz bir çox layihələr mövcuddur və mən bu günonlardan bəzilərini paylaşmaq istəyirəm. Ən qabaqcıl texnoloji vəinnovativ həllərlə həyata keçirdiyimiz ən böyük layihələrdən biriCənub Qaz Dəhlizinin tikintisi oldu. 45 milyard dollar dəyərindəolan bu nəhəng layihə 5 ölkəni əhatə edir və Azərbaycan qazınıAvropa bazarına, İtaliyanın cənubuna çatdıraraq, regional ölkələrüçün böyük əhəmiyyət kəsb edir. Bu boru kəmərinin tikintisi üçünbir çox innovativ və texnoloji həllərdən istifadə etdik", - AytənHacıyeva bildirib.

Onun sözlərinə görə, bp tərəfindən hazırlanmış digər mühümlayihə sualtı boru kəmərlərinin bütövlüyünü təmin etmək vəmonitorinq aparmaq üçün uzaqdan idarə olunan sualtı aparatlarınistifadəsidir.

"Bu texnologiya Azərbaycanda sınaqdan keçirildi və biz öz bilikvə təcrübəmizi mərkəzi komandalarla paylaşdıq. Bölgəmizdə əldəedilən digər nailiyyətlərdən danışarkən, AÇG yatağında tətbiqetdiyimiz 4D seysmik tədqiqatlarını və boru kəmərinin tikintisizamanı tətbiq etdiyimiz üfüqi yönəldilmiş qazma texnologiyasınıqeyd etmək lazımdır. Bu layihənin uğurlu icrası üçün unikal üfüqiqazma texnologiyasından istifadə etdik.

Bundan əlavə, BTC boru kəmərinin tikintisindən sonra peyktexnologiyalarından istifadə edərək mənzərənin bərpasını izlədik.Lakin fikrimcə, ən əhəmiyyətli nailiyyət bp tərəfindən sahildənidarə olunan ən qabaqcıl dəniz platforması olan “Azeri CentralEast” platformasıdır ki, bu yaxınlarda istifadəyə verilib. Bu,şirkətin gələcəyə yönəlmiş yanaşmasını göstərir. Biz bazarıntələblərinə uyğunlaşmağa çalışırıq və enerji keçidinə doğruirəliləyərkən rəqəmsal texnologiyalardan maksimum dərəcədə istifadəedərək, daha səmərəli, sürətli və dayanıqlı biznes yaratmağaçalışırıq", - o əlavə edib.

Qeyd edək ki, “PAŞA Holding”in təşkilatçılığı ilə həyatakeçirilən bu sammitin məqsədi ölkədə innovasiya ekosisteminininkişafına töhfə vermək, startaplar və investorları bir arayagətirərək, onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də,innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir vətəcrübə mübadiləsi üçün platforma qurmaqdır.

Seçilən
14
az.trend.az

1Mənbələr