Şimali Atlantika Alyansı oktyabrın 14-də "Steadfast Noon" illik nüvə silahı təliminə başlayacaq. AFN.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte Böyük Britaniyanın baş naziri Key Starmerlə görüş məqsədilə Londona gələrkən jurnalistlərə bildirib."Bazar ertəsindən etibarən NATO manevrlərə başlayacaq" - deyə baş katib bildirib.Bu təlimlər hər il həm nüvə, həm də qeyri-nüvə NATO dövlətlərindən onlarla təyyarənin iştirakı ilə keçirilir və taktiki nüvə zərbələrini simulyasiya edir. Manevrlər göyərtəsində nüvə silahı olan uçuşları nəzərdə tutmur.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta