AZ

Nazirliyin mətbuat katibi işdən çıxdı

Müdafiə Sənayesi Nazirliyinin mətbuat katibi Yaşar İsakov vəzifəsindən azad edilib.

 

Modern.az-ın məlumatına görə, o, öz ərizəsi ilə vəzifəsindən ayrılıb.

 

Qeyd edək ki, Yaşar İsakov 2019-cu ildən Müdafiə Sənayesi Nazirliyinin İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışırdı.

 

Yaşar İsakov əvvəllər müxtəlif qəzet və saytlarda işləyib, o cümlədən "Press24.az" saytının, "Birja plyus", "Yejenedelnik" qəzetlərinin, "Bona Mente" jurnalının, "News24.az" saytının baş redaktoru olub.

 

O, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin və Bakı Beynəlxalq Avtovağzalının mətbuat xidmətlərinin rəhbəri, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin rəis müavini vəzifələrində çalışıb.

Seçilən
15
1
modern.az

4Mənbələr