AZ

ABŞ və Yaponiyanın birgə raket istehsalına başlayır

ABŞ və Yaponiya orta mənzilli hava-hava raketlərinin (AMRAAM) birgə istehsalı istiqamətində səyləri sürətləndirəcəklərini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Yaponiya mətbuatı Nikkei Asianın məlumatına görə, Yaponiya Müdafiə Nazirliyi Havayda keçirilən görüş nəticəsində hər iki tərəfin birgə istehsalın texniki-iqtisadi əsaslandırmasına başlamaq barədə razılığa gəldiyini açıqlayıb.

Açıqlamada, AIM-120 orta mənzilli AMRAAM raketlərinin birgə istehsalı üçün aparılacaq texniki-iqtisadi əsaslandırmanın "Yaponiyadakı çətinliklər, çatdırılma müddətləri və mümkün istehsal fəaliyyətləri"ni əhatə edəcəyi bildirilib.

ABŞ daha əvvəl həm İsrailə, həm də Ukraynaya orta mənzilli hava-hava raketləri (AMRAAM) göndərmişdi.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Seçilən
11
5
turkustan.az

8Mənbələr