AZ

“Nar” və NETTY ilin ən yaxşı internet təşəbbüslərini mükafatlandıracaq

Bakı. Trend:

Sərfəli qiymətləri ilə tanınan mobil operator “Nar” Azərbaycandatəhsil, informasiya və kommunikasiya texnologiyaları sahəsindəirəli sürülən layihələrə dəstək olmaq məqsədilə “NETTY” mükafatıilə ənənəvi əməkdaşlığını davam etdirir. Bu gündən etibarən,müsabiqədə qeydiyyat netty.az/az/registrationsəhifəsi üzərindən açıq elan edilir.

Elm, təhsil və innovasiya, səhiyyə, idman və turizm, məlumat vəxəbərlər kimi geniş spektri əhatə edən 9 nominasiyada vebsaytlar,tətbiqlər və sosial media layihələri müsabiqədə iştirak üçün təqdimedilə bilər.

Qeyd edək ki, hər il “Nar”-ın baş tərəfdaşlığı ilə keçirilən“NETTY” Milli İnternet Mükafatı 20 ilə yaxındır ki, internetinAzərbaycan seqmentində həyata keçirilən müxtəlif layihələri tanıdırvə mükafatlandırır. “NETTY” mükafatı ilə tərəfdaşlıq “Nar”ınKorporativ Sosial Məsuliyyət strategiyasının təhsil və maarifistiqamətinə uyğun olaraq həyata keçirilir. “Nar”ın KSM layihələrihaqqında daha ətraflı nar.az səhifəsindən öyrənə bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitəxidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinəgörə ölkədə lider mobil operatordur. Mobil operatormüştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymətqarşılığında üstün xidmət təqdim edir.

Seçilən
17
35
az.trend.az

10Mənbələr